Ərdoğana qarşı sui-qəsd planı hazırlanıb | 1news.az | Xəbərlər
Dünya

Ərdoğana qarşı sui-qəsd planı hazırlanıb

12:06 - 20 / 05 / 2018
Ərdoğana qarşı sui-qəsd planı hazırlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd hazırlandığı müəyyənləşdirilib.

1news.az-ın Türkiyə KİV-inə istinadla verdiyi xəbərə görə, baş nazir köməkçisi və hökümət sözçüsü Bəkir Bozdağ belə bir istintaq məlumatı aldıqlarını deyib.

Sui-qəsd planı barədə məlumat Ərdoğanın Bosniya və Herseqovina ziyarətindən əvvəl əldə edilib. Planın Balkan ölkələrində törədilməsinin planlaşdırıldığı və bir qrup türk əsilli şəxs tərəfindən hazırlandığı bildirilir.

Bu barədə informasiyanı Makedoniya kəşfiyyatı Skopyedə yaşayan türklərdən alıb.

S.Xankişiyeva

 

Paylaş:
449

Son xəbərlər

Bütün xəbərlər