Novruz Məmmədov və Serbiya Prezidenti birgə işçi nahar ediblər | 1news.az | Xəbərlər
Siyasət

Novruz Məmmədov və Serbiya Prezidenti birgə işçi nahar ediblər

15:30 - 21 / 05 / 2018
 Novruz Məmmədov və Serbiya Prezidenti birgə işçi nahar ediblər

Azərbaycanın Baş naziri Novruz Məmmədov və ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç mayın 21-də birgə işçi nahar ediblər.

1news.az xəbər verir ki, səmimi söhbət zamanı Azərbaycan ilə Serbiya arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

1news.az

 

 

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər