Astanada Xəzərin hüquqi statusuna dair İşçi Qrupun iclası keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Astanada Xəzərin hüquqi statusuna dair İşçi Qrupun iclası keçirilir

09:57 - 21 / 05 / 2018
Astanada Xəzərin hüquqi statusuna dair İşçi Qrupun iclası keçirilir

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi İşçi Qrupunun növbəti iclası 21-24 may tarixlərində Qazaxıstanın Astana şəhərində keçiriləcəkdir. .

Bu barədə 1news.az-a XİN-nin mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar, xüsusi İşçi Qrupunun Azərbaycan tərəfindən rəhbəri xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Astana şəhərində səfərdədir.

İclas zamanı Konvensiya layihəsi ilə bərabər Xəzəryanı dövlətlərin başçılarının beşinci Zirvə toplantısına aid digər sənədlərin də müzakirəsi nəzərdə tutulur.

Səfər çərçivəsində həmçinin, Azərbaycan və Qazaxıstan Xarici İşlər Nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.

P.Sultanova

Paylaş:
275

Son xəbərlər

Bütün xəbərlər