Azərbaycan ATƏT PA-nın sessiyasında Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfərini gündəmə gətirəcək | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ATƏT PA-nın sessiyasında Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfərini gündəmə gətirəcək

12:04 - 23 / 05 / 2018
Azərbaycan ATƏT PA-nın sessiyasında Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfərini gündəmə gətirəcək

ATƏT Parlament Assambleyasının (PA) iyulun 7-11-də Berlində keçiriləcək sessiyasında Azərbaycan nümayəndə heyəti Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfəri, Ermənistan tərəfindən təmas xəttində törədilən təxribatları gündəmə gətirəcək.

1news.az-ın verdiyi xəbərə görə, bunu ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hər zaman Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin gündəliyində duran birinci məsələ olub:

“Bu da təbiidir. Çünki Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonları Ermənistanın işğalı altındadır və bu işğala son qoyulmayana qədər biz Dağlıq Qarabağ məsələsini ATƏT PA-da qaldıracağıq”.

O qeyd edib ki, ATƏT yeganə beynəlxalq təşkilatdır ki, hazırda münaqişənin həlli ilə məşğuldur və müəyyən mənada vasitəçilik missiyasını həyata keçirir:

“Ancaq bunun heç bir nəticəsi yoxdur. Ona görə də ATƏT PA-da bu məsələni qaldıracağıq. O ki qaldı Paşinyanla bağlı Ermənistanda yaranmış mövcud duruma, əlbəttə, biz bu gün görürük ki, Paşinyan və onun komandası çox populist və pafoslu bəyanatla çıxış edir və təbii ki, bu, inqilabın yaratdığı eyforiyadır. Heç şübhə etmirəm ki, qısa müddət ərzində bu eyforiya yatacaq və Ermənistan rəhbərliyi reallığın nədən ibarət olduğunu dərk edəcək, bu cür boş və mənasız bəyanatlardan çəkinəcək. Çünki bu boş bəyanatlar, ritorika heç bir halda sülhə xidmət etmir, problemin sülh yolu ilə həllinə yardım etmir. Ona görə də Ermənistan rəhbərliyi bunu anlamalıdır. Eyni zamanda, burada ATƏT-in üzərinə böyük bir yük, məsuliyyət düşür”.

A.Quliyevin sözlərinə görə, təəssüflər olsun ki, N.Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi, orada mətbuat konfransı keçirməsi və bir neçə gün öncə orada hərbi təlim keçirilməsi ATƏT-in Minsk qrupu tərəfindən pislənilmədi, ona reaksiya verilmədi: “Əlbəttə, bu bizi qane etmir, bizi çox ciddi şəkildə narahat edir. Şübhəsiz ki, ATƏT PA-nın iyul ayının 7-11-də Berlində keçiriləcək sessiyasında biz bu məsələlərə də toxunacağıq”.

S.Xankişiyeva

 

Paylaş:
310

Son xəbərlər

FHN “Ağ çiçəyim”də baş verən yanğınla bağlı məlumat yaydı: Məhdudlaşdırılıb - VİDEOBu gün, 01:06Azadlıq prospektindəki yanğınla bağlı daha bir küçədə hərəkət məhdudlaşdırılıb - YENİLƏNİBBu gün, 00:22Əfv Məsələləri komissiyasının iclasında 100-dən çox müraciətə baxıldı15 / 05 / 2024, 17:54“Bakı Metropoliteni” sosial mediada yayılan videogörüntülərə aydınlıq gətirib15 / 05 / 2024, 17:48Azərbaycan və Belarus antiinhisar orqanları təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 17:34Avropa Parlamentinin deputatı Şuşada olub15 / 05 / 2024, 17:29Audiovizual Şura BDU-nun tələbələri üçün növbəti seminar təşkil edib15 / 05 / 2024, 17:19Araik Arutyunyan və digər erməni separatçıların həbs müddəti uzadılıb15 / 05 / 2024, 17:01Sabah Bakıda yol qovşağında təmir işlərinə başlanılacaq15 / 05 / 2024, 16:42Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib15 / 05 / 2024, 16:18Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır15 / 05 / 2024, 16:17Baş direktor “IDEB 2024” sərgisində iştirak edir15 / 05 / 2024, 15:44Samir Nuriyev Belarus Baş nazirinin müavini ilə görüşüb15 / 05 / 2024, 15:35Penitensiar xidmət və DİN birgə əməliyyat keçirib, silahlar aşkarlanıb15 / 05 / 2024, 15:32AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib15 / 05 / 2024, 15:03ABB-nin Suraxanı filialı da yeniləndi!15 / 05 / 2024, 14:26Azərbaycan Özbəkistanla seysmologiya sahəsində təcrübə mübadiləsi aparacaq15 / 05 / 2024, 14:18Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına həsr olunan tədbir keçirilir15 / 05 / 2024, 14:11Səkkiz Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib15 / 05 / 2024, 13:36Azərbaycan və Belarus XİN başçıları əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər15 / 05 / 2024, 13:22
Bütün xəbərlər