AXC parlamentində asılan dövlət bayrağı hökumətə təqdim olunub – FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

AXC parlamentində asılan dövlət bayrağı hökumətə təqdim olunub – FOTO - YENİLƏNİB

14:49 - 24 / 05 / 2018
AXC parlamentində asılan dövlət bayrağı hökumətə təqdim olunub – FOTO - YENİLƏNİB

1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin binasından götürülən üçrəngli Dövlət bayrağı yenidən öz Vətəninə qaytarılıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, 100 il əvvəl Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağı mayın 24-də Nazirlər Kabinetində Baş nazir Novruz Məmmədova təqdim olunub. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Novruz Məmmədov Dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə - Azərbaycana gətirilməsini mühüm hadisə adlandırıb.

Bildirilib ki, bolşevik işğalı nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti nümayəndələrinin əksəriyyəti Türkiyəyə mühacirət edib. İctimai xadim Mirzə Bala Məmmədzadə də onlardan biri idi. O, 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağını da özü ilə qardaş ölkəyə aparmışdı. Mühacir həyatı sürən Mirzə Bala Məmmədzadə yaşadığı ölkələrdə - İranda, Türkiyədə, Polşada və Almaniyada bu bayrağı göz bəbəyi kimi qoruyub saxlamışdı.

Onun varisi bu bayrağın İstanbulda təhsil alan və Cümhuriyyətlə bağlı tədqiqat aparan Əfqan Vəliyevə verilməsini və doğma Vətənə - Azərbaycana qaytarılmasını vəsiyyət etmişdi. Dövlət xətti ilə İstanbul Universitetində təhsil alan tədqiqatçı Əfqan Vəliyev, həmçinin qardaş ölkədə Xalq Cümhuriyyəti hökumətinin mühacir nümayəndələrinin qohumları ilə əlaqələr yaradaraq, o dövrə aid çoxlu arxiv materialları da əldə edib.

“Xalq Cümhuriyyətinin varisi olan bugünkü müstəqil Azərbaycanın Prezidenti o dövrlə bağlı bütün tarixi hadisələrə həssas yanaşır”, - deyən Baş nazir Novruz Məmmədov bu barədə Prezident İlham Əliyevə məruzə edildiyini və dövlətimizin başçısının tapşırığı ilə həmin Dövlət bayrağının ölkəyə gətirildiyini bildirib. Novruz Məmmədov sosiologiya elmləri doktoru Əfqan Vəliyevin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

Dövlət bayrağının Azərbaycana gətirilməsində göstərdiyi xidmətlərə görə Əfqan Vəliyevə dövlətimizin başçısı adından təşəkkürünü bildirən Novruz Məmmədov qeyd edib ki, yeni arxiv sənədləri bu sahədə məşğul olan alimlərə, tədqiqatçılara əlavə imkanlar açacaq.

“Cümhuriyyətin fəallarından olan, ictimai xadim Mirzə Bala Məmmədzadənin və digər Cümhuriyyət yaradıcılarının ruhu bu gün şaddır. Çünki bugünkü Azərbaycan, onun dövlət başçısı İlham Əliyev ölkənin tarixi keçmişinə sahib çıxır”, - deyən yazıçı-tədqiqatçı Əfqan Vəliyev bildirib: “Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması, Cümhuriyyətin 100 illiyinin qeyd edilməsi dövlətimizin başçısının Cümhuriyyətin fəaliyyətinə verdiyi böyük önəmin göstəricisidir. Mirzə Bala Məmmədzadə və məsləkdaşları həmişə inanırdılar ki, Azərbaycan öz müstəqilliyini bərpa edəcək və bu bayraq yenidən öz doğma torpağında, Azərbaycan səmasında dalğalanacaq. Xalq Cümhuriyyəti mühacirlərinin arzusu bu gün reallaşır”.

Sonra Əfqan Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağını və həmin dövrə aid bir sıra arxiv materiallarını - əlyazma məktubları, tarixi sənədləri, xəritələri Baş nazirə təqdim edib.

1news.az

Paylaş:
1243

Son xəbərlər

Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblarBu gün, 13:51İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblərBu gün, 13:49Audiovizual Şuranın, MEDİA Agentliyinin və AzərTAC-ın rəhbərləri Mərakeş Krallığında işgüzar səfərdədir - FOTOBu gün, 13:42“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!Bu gün, 12:55Sabahın hava proqnozuBu gün, 12:40Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 12:36Qazaxda əmək hüquqlarını pozan şirkət 20 min manat cərimələndiBu gün, 12:26FHN Tovuzda qazdoldurma məntəqələrinin istismarını dayandırıb - FOTOBu gün, 12:13Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşübBu gün, 12:01Bakıda itkin düşən iki nəfər tapılıbBu gün, 11:59Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublarBu gün, 11:43FHN: Ötən sutka 14 yanğına çıxış olubBu gün, 11:37Küçələrdə dilənçilik edən 342 uşaq aşkarlanıbBu gün, 11:25
Bütün xəbərlər