Erməni nazir: İlham Əliyev və Paşinyan yaxın həftələrdə görüşə bilər

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev arasında yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birbaşa danışıqlar ola bilər.
1news.az “news.am”a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib.
"Gəlin tələsməyək. Bilirsiniz ki, danışıqlar prosesində iştirak etmiş müxtəlif vəzifəli şəxslərlə telefon danışıqları aparmışam. Birbaşa təmaslar olacaq. Mən aylar deyil, həftələri nəzərdə tuturam", - deyə o qeyd edib.
1news.az
374