Qarabağda istefa tələbi: Saakyan etirazçılarla görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Qarabağda istefa tələbi: Saakyan etirazçılarla görüşüb

12:07 - 04 / 06 / 2018
Qarabağda istefa tələbi: Saakyan etirazçılarla görüşüb

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı qurumun rəhbəri Bako Saakyan bir qrup etiraz aksiyası iştirakçısı ilə görüşüb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, görüşdə  iyunun 1-də baş vermiş hadisələrlə bağlı bir sıra məsələlərin müzakirə edildiyi bildirilir.

Xatırladaq ki, Xankəndi şəhərində insanlar mərkəzi prospekti bağlayaraq separatçı rejimin güc strukturları rəhbərlərinin istefasını tələb ediblər.İki iştirakçının döyülməsi isə etirazçıları daha da hiddətləndirib.

Separatçı rejimin baş nazirinin sabiq müavini Artur Aqabekyan isə bildirib ki, aprel müharibəsindən sonra çox insan qondarma “DQR”in “Milli Təhlükəsizlik xidməti”nin rəhbəri general Arşavir Qaramyanın rolunu bilir: 

"O, yeni təhlükəsizlik sisteminin yaradılması və idarə olunması üçün məsuliyyəti öz üzərinə götürdü. Əminəm ki, bu gün istefa tələb edən mitinq iştirakçılarının əksəriyyəti bu barədə az məlumatlıdır. Dəli olmaq mümkündür. Özünüzə gəlin, ağıllı olun, hələ ki, gec deyil”.

Aqabekyan əlavə edib ki, Ermənistan hakimiyyəti ən qısa zamanda rəsmi mövqeyini bildirməli və Qarabağa heyət göndərməlidir.

1news.az

 

Paylaş:
326

Son xəbərlər

Bütün xəbərlər