Azərbaycanın AŞPA-da nümayəndə heyətinin iki yeni üzvü təsdiqlənib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin iki yeni üzvü təsdiqlənib

12:25 - 04 / 06 / 2018
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin iki yeni üzvü təsdiqlənib

Azərbaycan Milli Məclisinin (MM) Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin boşalan 2 yerinə təklif olunan namizədlərin adları təsdiqlənib.

1news.az  APA-ya istinadla xəbər verir ki, AŞPA nümayəndə heyətinin tərkibinə namizədliyi irəli sürülən deputatlar Naqif Həmzəyevin və Çingiz Qənizadənin namizədliyini qəbul edib.

Onların AŞPA-nın iyunun sonunda keçiriləcək yay sessiyasında iştirakı gözlənilir.

Qeyd edək ki, MM-in AŞPA-dakı nümayəndə heyətinin üzvləri Rövşən rzayev və Vüsal Hüseynov müvafiq olaraq Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri və Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər.

1news.az

Paylaş:
391

Son xəbərlər

Bütün xəbərlər