Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilir

14:28 - 05 / 06 / 2018
Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə işçi görüşü keçirilir

Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu tərəfindən Müdafiə Nazirliyinin və Alyansın mütəxəssisləri arasında işçi görüşü keçirilir.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Silahlı Qüvvələrin Hərbi Akademiyasında iyunun 8-dək davam edəcək işçi görüşdə “Elektron təhsil modul”u mövzusuna dair  müzakirələr aparılacaq.

1news.az

Paylaş:
298

Son xəbərlər

Bütün xəbərlər