Ərdoğan: Onların dolları varsa, bizim də Allahımız var | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan: Onların dolları varsa, bizim də Allahımız var

12:04 - 10 / 08 / 2018
Ərdoğan: Onların dolları varsa, bizim də Allahımız var

Türkiyəyə maliyyə sisteminin sabitliyinin pozulması yolu ilə iqtisadi təzyiqlər göstərilməsi cəhdləri perspektivsizdir.

1news.az-ın Anadolu-ya istinadla verdiyi xəbərə görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rize şəhərində çıxışı zamanı deyib.

“Türkiyəyə qarşı müxtəlif kampaniyalar aparılır, onlara fikir verməyin. Onların dolları varsa, bizim də Allahımız var”, - türk lider bildirib.

Qeyd edək ki, ABŞ və Türkiyə arasında terrorçuluqda ittiham olunaraq Ankarada saxlanılan amerikalı keşiş Endryu Bransonun azad edilməməsi səbəbindən yaranan gərginliyə görə türk lirəsinin məzənnəsi kəskin şəkildə ucuzlaşıb.

S.Xankişiyeva

Paylaş:
468

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər