Koçaryanın malikanəsində və ofisində axtarışlar aparılıb | 1news.az | Xəbərlər
Ermənistan

Koçaryanın malikanəsində və ofisində axtarışlar aparılıb

14:33 - 20 / 08 / 2018
 Koçaryanın malikanəsində və ofisində axtarışlar aparılıb

2008-ci il 1 mart hadisələrinin araşdırılması çərçivəsində  Ermənistanın ikinci prezidenti Robert Koçaryanın Yerevandakı malikanəsində və ofisində axtarış aparılıb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb.

Hadisə ilə bağlı başqa detallar açıqlanmayıb.

Xatırladaq ki, 13 avqustda Ermənistan Apellyasiya Məhkəməsi toxunulmazlıq statusunu əsas götürərək  ölkənin ikinci prezidenti Robert Koçaryanı həbsdən azad edib.

1news.az

 

Paylaş:
651

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər