Ordumuz işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib, istiqamət Qarabağdır | 1news.az | Xəbərlər
Siyasət

Ordumuz işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib, istiqamət Qarabağdır

19:01 - 08 / 10 / 2020
Ordumuz işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib, istiqamət Qarabağdır

Ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib.

Trend-inməlumatına görə, bunu Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ordumuz düşmənə qarşı adekvat tədbirlər görür: “Azərbaycan Ordusunun atəş zərbələri endirdiyi bütün hədəflər beynəlxalq hüquqa uyğun olaraq legitim xarakter daşıyır. Ordumuz əks-hücum əməliyyatı başlayandan bu günədək işğaldan azad edilmiş torpaqlardan bir addım belə geri çəkilməyib. Əksinə, əməliyyat planına uyğun bütün tədbirlər fasiləsiz davam etdirilir. İstiqamət Qarabağdır. Qələbə bizimlədir”.

S.Xankişiyeva

 

Paylaş:
644

Son xəbərlər

Bütün xəbərlər