Müdafiə Nazirliyi: Ermənilər atəşkəs rejimini kobudcasına pozur | 1news.az | Xəbərlər
Siyasət

Müdafiə Nazirliyi: Ermənilər atəşkəs rejimini kobudcasına pozur

13:18 - 10 / 10 / 2020
Müdafiə Nazirliyi: Ermənilər atəşkəs rejimini kobudcasına pozur

Bu gün saat 12.00-da atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulur.

Düşmənin bütün hücum cəhdləri bölmələrimiz tərəfindən uğurla alınıb. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür

Qafar Ağayev

Paylaş:
787

Son xəbərlər

Bütün xəbərlər