Dünyada koronavirusa yoluxanların sayı 563 mindən çox artıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 563 mindən çox artıb

10:41 - 31 / 12 / 2020
Dünyada koronavirusa yoluxanların sayı 563 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 563 mindən çox artıb.

1news.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 563 983 nəfər yeni koronavirusa yoluxub, 11 784 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 80 773 033, ölənlərin isə 1 783 619 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər