“Turan Tovuz” Futbol Akademiyasının açılış mərasimi keçirilib – FOTO | 1news.az | Xəbərlər
İdman

“Turan Tovuz” Futbol Akademiyasının açılış mərasimi keçirilib – FOTO

14:54 - 16 / 01 / 2021
“Turan Tovuz” Futbol Akademiyasının açılış mərasimi keçirilib – FOTO

Bu gün “Turan Tovuz” klubunun nəzdində FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunmuş futbol akademiyasının açılış mərasimi keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev və “Turan Tovuz” klubunun İdarə Heyətinin sədri Oqtay Abdullayev iştirak ediblər. Akademiyanın tikintisinə FIFA və UEFA tərəfindən 3.5 milyon AZN, AFFA tərəfindən isə 800 min AZN (FIFA və UEFA 81 faiz, AFFA 19 faiz) maliyyə vəsaiti ayrılıb. Tikinti prossesində elan olunmuş tenderlər vasitəsilə ayrı-ayrlıqda 19 şirkət iştirak edib. Sərf olunmuş vəsait akademiyanın ərazisində inşa olunmuş inzibati binalara, eyni zamanda dörd futbol meydançasına və sair işlərə sərf olunub.

Xatırladaq ki, AFFA-nın İcraiyyə Komitəsinin 4 mart 2019-cu il tarixində keçirilən iclasında Tovuz rayonunda, “Turan Tovuz” klubunun nəzdində Futbol Akademiyasının təsis edilməsi və inşa olunması barədə qərar qəbul olunub.

AKADEMİYA

  • Akademiya otaqları: 11 otaq - 70 nəfərlik
  • Əsas komanda üçün otaqlar: 16 otaq - 30 nəfərlik
  • 2 restoran, 2 mətbəx
  • Fitnes, sauna, paltardəyişmə otağı
  • Həkim otağı
  • İclas otağı
  • 11 nəfərlik ofis otağı
  • Çamaşırxana
  • Texniki və xidməti otaqlar
  • 4 mini meydança (1 ədədi qapalı)

(bütün otaqlar zəruri müvafiq avadanlıqlarla təchiz olunub)

STADİON

  • 4 paltardəyişmə otağı
  • Mətbuat konfransı otağı
  • Media iş otağı
  • Tibb otağı
  • Dopinq-nəzarət otağı
  • Nümayəndə otağı
  • Hakim otağı
  • 2 Sky-Box
  • Texniki otaqlar

(bütün otaqlar zəruri müvafiq avadanlıqlarla təchiz olunub)

TEXNİKİ

    • Yarımstansiya
    • Qazanxana
    • Nasosxana
    • Su rezervuarları
    • Mərkəzi havalandırma

S.Xankişiyeva

 

 

Paylaş:
676

Son xəbərlər

Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01
Bütün xəbərlər