Məzahir Əfəndiyev onlayn beynəlxalq elmi-praktiki dəyirmi masada iştirak edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Məzahir Əfəndiyev onlayn beynəlxalq elmi-praktiki dəyirmi masada iştirak edib – FOTO

S.Xankişiyeva13:42 - 16 / 04 / 2021
Məzahir Əfəndiyev onlayn beynəlxalq elmi-praktiki dəyirmi masada iştirak edib – FOTO

16 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası və Ukrayna Maliyyə Nazirliyi yanında Dövlət Fiskal Xidmət Universiteti ilə “Dövlətin iqtisadi təhlükəsizliyi və hüquq-mühafizə fəaliyyəti ilə mütəxəssislərin hazırlanmasında səmərəli sistemin qurulması” mövzusunda beynəlxalq elmi-praktiki dəyirmi masa onlayn formatda keçirilmişdir.

1news.az-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikası tərəfindən konfransda Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin və Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məzahir Əfəndiyev iştirak edib.

M.Əfəndiyev giriş nitqi ilə çıxış edərək ilk növbədə bütün iştirakçıları salamlamış, iqtisadi təhlükəsizlik sahəsindəki beynəlxalq təcrübə ilə tanış olmaq, eləcə də Azərbaycan təcrübəsini bölüşmək imkanı yaradıldığı üçün minnətdarlığını bildirmişdir.

Deputat ötən 2020-ci ilin xalqımız və dövlətimiz üçün COVİD-19 pandemiyası ilə yanaşı, Böyük Zəfər ilə yadda qaldığını vurğulayaraq Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ - Vətən müharibəsində təkbaşına BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirərək 44 gün ərzində Ermənistan üzərində əldə etdiyi Möhtəşəm Qələbə haqda iştirakçıları məlumatlandırdı.

Həmçinin millət vəkili 2018-ci ildən etibarən Prezident İlham Əliyevin rahbərliyi ilə iqtisadi islahatlar kontekstində Azərbaycanda həyata keçirilən çoxvektorlu iqtisadi siyasət çərçivəsində qanunveruicilik bazasının təkmilləşməsi, icra edilən dövlət fiskal siyasəti və iqtisadi təhlükəsizliyin dayanıqlılığının təmin olunmasından danışdı.

Eyni zamanda M.Əfəndiyev qarşıya qoyulan sosial-iqtisadi hədəflərə nail olunmasında universal sənəd hesab edilən 2030 Gündəliyinin rolunu vurğulayaraq, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasının dövlətimizin prioritetlərindən olduğunu xüsusilə qeyd etdi: “DİM-lərin tətbiqi iqtisadi təhlükəsizliyin uzun və davamlı inkişafını təmin edəcəkdir.”

Sonda deputat Milli Məclisin gələcəkdə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu bildirərək iştirakçılara bir daha təşəkkürünü bildirdi.

Dəyirmi masada həmçinin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı ölkələrinin (Gürcüstan, Belarusiya, Moldova, Ukrayna və Ermənistan), eləcə də Azərbaycanın dövlət fiskal siyasətini həyata keçirən Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri iştirak etdilər.


Paylaş:
373

Son xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05
Bütün xəbərlər