Cəmiyyət və küçə uşaqları –“Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəmiyyət və küçə uşaqları –“Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO

S.Xankişiyeva17:23 - 22 / 04 / 2021
Cəmiyyət və küçə uşaqları –“Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO

Hər bir cəmiyyəti narahat edən küçə uşaqları problemi, onların bu həyata məruz qalmasının səbəbi və həmin uşaqlarla sosial işin təşkili ölkəmiz üçün də aktual məsələlərdəndir.

Mütəxəssislərin fikrincə sosial – iqtisadi amillərdən olan yoxsulluq və işsizlik, valideynlərin xəstə və iş qabiliyyətində olmaması, küçə həyatının cazibəli görünməsi, əyalətlərdən böyük şəhərlərə miqrasiya, urbanizasiya, fövqəladə hadisələr, ailədaxili problemlər, qeyri-rəsmi nigahlar, ailədəki ağır iş tələblərindən qurtulmaq cəhdi, valideynlərin alkoqol və narkotika aludəçisi olması, uşaq mərkəzlərində yaşayan uşaqların müəssisədən qaçmaq istəyi və digər faktorlar uşaqların küçə həyatına məruz qalmasının əsas səbəbləridir.

Qeyd etmək lazımdır ki, mənfur qonşumuz Ermənistanın ölkəmizə təcavüzü nəticəsində yüzlərlə azərbaycanlı övladı valideyn himayəsindən məhrum olub, internatlarda məskunlaşıb, küçələrə düşüb. Uşaqların valideynlərini itirməsi, qaçqın və məcburi köçkün ailələrinin sosial vəziyyəti küçə həyatına məruz qalmış uşaqların sayının artmasına təsir göstərib.

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Cəmiyyət və küçə uşaqları” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə, ailə və uşaq psixoloqu Ramidə Məmmədova və Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik komissiyasının üzvü Yusif Babayev mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
120

Son xəbərlər

Belarusun Müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlibBu gün, 11:21Yığ – apar! Maxi.az – FOTO – VİDEOBu gün, 11:10Xırdalanda vaqon yanıb – YENİLƏNİBBu gün, 11:03Mədəniyyət naziri Şuşadan foto paylaşdı - 36 il fərqlə - FOTOBu gün, 11:00Bakıda film kimi hadisə: gənc oğlandan ağılagəlməz hiyləBu gün, 10:49Ombudsmandan “İnsan Hüquqları Aylığı” ilə MÜRACİƏTBu gün, 10:41Təlimlərdə PUA heyətləri təlim tapşırıqlarını icra edir - VİDEOBu gün, 10:11Azərbaycan Prezidenti bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndiribBu gün, 10:04ABŞ Prezidentinin müşaviri Azərbaycan Prezidentinə zəng edibBu gün, 09:49“Eurovision-2021”də Azərbaycan olan səsverməni bu şəxslər elan edəcək - ADLARBu gün, 09:33Manatın xarici valyutalara qarşı rəsmi məzənnəsiBu gün, 09:31Hikmət Hacıyev Brüsseldə Avropa İttifaqı komissarı ilə görüşübBu gün, 09:28Bu gündən Azərbaycanda “Sputnik V” peyvəndinin tətbiqinə başlanılırBu gün, 09:19Məktəblərin qismən açılması və tədrisin ənənəvi qaydada bərpası - “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEOBu gün, 09:11Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb17 / 05 / 2021, 18:01Separatçılar hərbi təlimlərə başladılar - müharibə ehtimalı artır17 / 05 / 2021, 17:58İki güləşçimiz AÇ-nin yarımfinalında17 / 05 / 2021, 17:43Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb - FOTO - VİDEO17 / 05 / 2021, 17:36Komitə Dmanisidəki insidentlə bağlı məlumat yaydı: 8 nəfər saxlanılıb17 / 05 / 2021, 17:19Bakıda avtomobil sürücüsü motosikletçini belə vurdu - VİDEO17 / 05 / 2021, 17:10
Bütün xəbərlər

Next TV