Komitə sədri toylar və teatrlarla bağlı danışdı: Az sayda iştirakçı ilə... | 1news.az | Xəbərlər
Cəmiyyət

Komitə sədri toylar və teatrlarla bağlı danışdı: Az sayda iştirakçı ilə...

Qafar Ağayev12:49 - 31 / 05 / 2021
Komitə sədri toylar və teatrlarla bağlı danışdı: Az sayda iştirakçı ilə...

“İnsanlarımız çox xahiş edirlər ki, açıq havada məhdud sayda iştirakçı ilə toy məclislərinin keçirilməsinə icazə verilsin. Çox insanın qatılmasını demirik, az sayda iştirakçı ilə açıq havada qaydalara riayət etməklə toy etmək olar".

1news.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib. O, həmçinin teatrların fəaliyyətə başlaması ilə bağlı da fikir bildirib.

"Teatrlar da qaydalara riayət etmək şərti ilə açılmalıdır. Bu həm bizim, həm də sənətsevərlərin xahişidir”, - deyə, o, söyləyib.

Paylaş:
504

Son xəbərlər

Bütün xəbərlər