Milli Observatoriyaya mətbuat katibi təyin olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya mətbuat katibi təyin olunub.
1news.az-a bildirir ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya yeni təyinat olub.
ATV-nin xəbər aparıcısı Fidan Cəfərova (Abdulzadə) Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya mətbuat katibi təyin olunub.
Qeyd edək ki, Fidan Cəfərova bundan əvvəl Azad Azərbaycan Televiziyasında ATV Xəbərin aparıcısı vəzifəsində çalışıb.Jurnalistika fəaliyyətinə 2006-cı ildə başlayan Fidan Cəfərova Xəzər Televiziyasında yayımlanan “Təmir Məktəbi”, ANS TV-də yayımlanan “”Keçmişə Salam”, “Məchulu Tapın”, “SeAns” verlişlərinin aparıcısı və redaktoru, “Kamerton Milli Musiqi” yarışmasının müəllifi olub.