“AzerGold” QSC “Azərbaycanın ən yaxşı ilkin istiqraz yerləşdirilməsi” nominasiyası üzrə nüfuzlu mükafata layiq görülüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“AzerGold” QSC “Azərbaycanın ən yaxşı ilkin istiqraz yerləşdirilməsi” nominasiyası üzrə nüfuzlu mükafata layiq görülüb - FOTO

Qafar Ağayev09:24 - 29 / 06 / 2021
“AzerGold” QSC “Azərbaycanın ən yaxşı ilkin istiqraz yerləşdirilməsi” nominasiyası üzrə nüfuzlu mükafata layiq görülüb - FOTO

İyunun 24-də “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Azərbaycanın ən yaxşı ilkin istiqraz yerləşdirilməsi” nominasiyası üzrə “Cbonds Awards 2021” mükafatına layiq görülüb. Mükafat Səhmdar Cəmiyyətə ötən il Bakı Fond Birjasında “PAŞA Bank”ın dəstəyi ilə uğurla yerləşdirdiyi “AzerGold” istiqrazlarına görə təqdim edilib.

Qeyd edək ki, “Cbonds Awards” mükafatı Rusiyanın maliyyə bazarları üzrə biznes konfranslarının təşkilində ixtisaslaşmış “CBonds” şirkəti tərəfindən təsis edilib. Mükafat 2014-cü ildən etibarən hər il postsovet məkanı ölkələrinin istiqraz bazarının aparıcı nümayəndələrinə onlayn səsvermə yolu ilə təqdim olunur.

Bu il 13 nominasiya üzrə təqdim olunan mükafatın qalibləri Sankt-Peterburq şəhərində keçirilən 17-ci MDB və Baltikyanı ölkələrin İstiqraz konqresində elan edilib.

Tədbirə videobağlantı vasitəsilə qoşulan “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev tədbir təşkilatçılarına təşəkkür edərək, “AzerGold” istiqrazlarının ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə verilməsi, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaradılması, həmçinin “AzerGold”un maliyyə mənbələrinin şaxələndirilməsi məqsədi daşıdığını qeyd edib.

“PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, “AzerGold” istiqrazlarının tədavülə çıxarılması ümumilikdə ölkə iqtisadiyyatı və maliyyə bazarı üçün çox mühüm bir hadisəyə çevrilib. “Bu hadisənin belə bir nüfuzlu mükafat qazanması təkcə emitentin yox, ölkəmizin qiymətli kağızlar bazarının və bütün bazar iştirakçılarının böyük uğuru hesab edilə bilər. İstiqraz emissiyaları yerləşdirmələrinin həyata keçirilməsi və beynəlxalq ekspertlər icması tərəfindən tanınması yerli bazarın cəlbediciliyinin daim artmasına və Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına öz töhfəsini verəcək”, - deyə Taleh Kazımov bildirib.

Xatırladaq ki, nominal dəyəri 100 ABŞ dolları, ümumi emissiya həcmi 20,000,000 ABŞ dolları olan “AzerGold” istiqrazları illik 4% kupon dərəcəsi ilə tədavülə buraxılıb. “PAŞA Kapital” İnvestisiya Şirkətinin anderrayter qismində çıxış etdiyi və geniş xalq kütləsi üçün nəzərdə tutulan istiqrazların Bakı Fond Birjasında həm birinci, həm də ikinci tranş üzrə keçirilmiş hərraclarında tələb kifayət qədər yüksək olub, təklifi orta hesabla 2 dəfədən çox üstələyib, orta gəlirliliyi isə 3.36 % təşkil edib.

Paylaş:
374

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər