1news.az-ın müxbiri “Rəqəmsal Jurnalistikaya doğru” proqramının qalibi olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

1news.az-ın müxbiri “Rəqəmsal Jurnalistikaya doğru” proqramının qalibi olub - FOTO

S.Xankişiyeva12:29 - 30 / 07 / 2021
1news.az-ın müxbiri “Rəqəmsal Jurnalistikaya doğru” proqramının qalibi olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı və “PAŞA Holdinq”in sponsorluğu ilə həyata keçirilən 3-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurulub.

Proqramın bağlanış mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, EHİM-in direktoru Fariz Cəfərov, proqram iştirakçıları və digər media nümayəndələri iştirak ediblər.

1news.az-ın verdiyi xəbərə görə, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində 110-a yaxın media nümayəndəsinin maarifləndirildiyini və serifikatlarla təltif edildiyini vurğulayıb. Həmçinin proqramın mediaya və onların xətti ilə cəmiyyətin maariflənməsinə verdiyi töhfə, bu cür sosial məsuliyyət layihələrinin inkişafa gedən yolda önəmi vurğulanıb.

Tədbirdə proqramın birinci hissəsi çərçivəsində təşkil olunan vörkşopları və iştirakçıların proqram haqqında fikirlərini əks etdirən videoçarx nümayiş olunub.

Sonra proqram çərçivəsində həyata keçirilən müsabiqənin qalibləri elan ediliblər. Müsabiqə üzrə birinci yeri "news24.az" xəbər saytının müxbiri Məhərrəm Əliyev, ikinci yeri "1news.az" İnformasiya Agentliyinin müxbiri Qafar Ağayev, üçüncü yeri isə “Azərbaycan” qəzetinin müxbiri Aydan Xəlilova tutublar.

Qaliblər müvafiq olaraq 1000 AZN, 700 AZN və 500 AZN pul mükafatı ilə təltif olunublar.

Bununla yanaşı, proqramı müvəffəqiyyətlə bitirən bütün iştirakçılar EHİM tərəfindən sertifikat və hədiyyələrlə təltif olunublar. Tədbirin sonunda iştirakçılar üçün EHİM-in inzibati binasında media-tur təşkil olunub və Mərkəzin struktur və bölmələrinin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

“Rəqəmsal Jurnalistikaya doğru” proqramının əsas məqsədi media nümayəndələrini elektron dövlət xidmətləri, rəqəmsal həllər haqqında məlumatlandırmaq və onların vasitəsilə də cəmiyyətin bu istiqamətdə rəqəmsal savadlılığının artırılmasına nail olmaqdır.

Xatırladaq ki, 1-ci və 2-ci “Rəqəmsal Jurnalistikaya doğru” proqramı 2020-ci ildə keçirilib və böyük marağa səbəb olub.

Paylaş:
2899

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər