Muğanbankdan Türkiyəyə dəstək!
İyulun 28-də Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrinə yayılmışdır. Bunun nəticəsində qardaş ölkənin meşə fonduna ciddi zərər dəymişdir.
Qardaş Türkiyədə baş vermiş yanğın nəticəsində məhv olan yaşıllığın yenidən bərpası üçün Azərbaycan Banklar Assosiasiyası tərəfindən köməklik məqsədilə yaradılmış xeyirxah təşəbbüsə Muğanbank da qoşulmuşdur. Belə ki, Muğanbankda çalışan hər bir əməkdaş adından meşə fondunun yenidən dirçəlməsi üçün 5 fidan göndəriləcək. Bank icması olaraq hər zaman qardaş Türk xalqının yanındayıq və ümid edirik ki, zərər görmüş Türkiyə təbiəti qısa müddət ərzində yenidən yaşıllığa bürünəcək.
Biz hər zaman sizinləyik, Türkiyə!
Reklam hüququnda