Kriştianu Ronaldu dünya rekordçusu oldu
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu yeni dünya rekorduna imza atıb.
1news.az xəbər verir ki, 36 yaşlı futbolçu yığmada ən çox qol vuran oyunçu adına sahib çıxıb.
O, bunu DÇ-2022-nin seçmə mərhələsinin İrlandiya ilə matçında rəsmiləşdirib. Qarşılaşmada vurduğu ilk top Ronaldunun Portuqaliya millisində ümumilikdə 110-cu qolu olub.
Kriştianu bununla da İran yığmasının Azərbaycan əsilli əfsanəsi Əli Daeini arxada qoyub. Asiyalı bombardir millidə 109 dəfə fərqlənib.
Matçın sonunda daha bir qol vuran Kriştianu Ronaldu dublunu rəsmiləşdirərək həm rekord nəticəni bir az da yaxşılaşdıraraq 111-ə çatdırıb, həm də komandasına qələbə qazandırıb.
1news.az
604