Ağcabədi sakini özünü güllələyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədi sakini özünü güllələyib

Qafar Ağayev13:16 - 09 / 09 / 2021
Ağcabədi sakini özünü güllələyib

Ağcabədi rayon sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinə sentyabrın 8-də Rəncbərlər kənd sakini İsmayıl Babayevin işlədiyi Üzeyir kəndindəki fermada ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən xəsarət alması və hadisə yerində ölməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən hadisə yerindən “İS” markalı ov tüfəngi götürülüb.

Paylaş:
445

Son xəbərlər

Bütün xəbərlər