Aydın Kərimov: Məqsəd Şuşanı ən qısa müddətdə yaşayış üçün yararlı hala gətirməkdir | 1news.az | Xəbərlər
Siyasət

Aydın Kərimov: Məqsəd Şuşanı ən qısa müddətdə yaşayış üçün yararlı hala gətirməkdir

S.Xankişiyeva14:33 - 18 / 09 / 2021
Aydın Kərimov: Məqsəd Şuşanı ən qısa müddətdə yaşayış üçün yararlı hala gətirməkdir

“Qarşıdakı dövrdə Şuşanın tarixi görkəminin bərpası üçün xüsusi addımlar atılacaq”.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.

A.Kərimov deyib ki, bu istiqamətdə mühüm addımlardan biri tarixi memarlıq abidələrinin bərpasıdır: “Artıq birinci mərhələdə 15 tarixi memarlıq abidəsinin bərpası layihələri üzrə işlər görülür və yaxın 2 ay ərzində onların bərpasına başlanacaq. Proses şəhərin mərkəzi küçələrində yerləşən tarixi abidələrin bərpasından başlayacaq. Bundan əvəl artıq iki abidə – Mola Pənah Vaqifin məqbərəsi və Bülbülün ev muzeyi bərpa olunub. Digər abidələrin də bərpasına başlanacaq”.

Xüsusi nümayəndə qeyd edib ki, Prezident İlham Əliyevin xeyir-duası ilə bu yaxınlarda Şuşada böyük bir layihənin – şəhərdə yeni yaşayış kompleksinin təməli qoyulub: “Şuşada ümumiyyətlə, tikinti və quruculuq işləri Baş Plana əsasən aparılır. Baş Plan artıq təqdim olunub. Prezident göstəriş verdi ki, 9 hektar ərazidə 25 binadan, çoxmənzilli, 4-5 mərtəbəli, gözəl, Şuşa memarlığına uyğun, müasir elementləri də özündə əks etdirən, infrastrukturu tam müasir olan yaşayış kompleksi istifadəyə veriləcək. Şuşada qəzalı vəziyyətə düşmüş, baxımsız vəziyyətdə olan binalar var idi. Onların yerində gözəl memarlıq üslubu ilə inşa ediləcək binalar tikiləcək, o binalarda şuşalılar yaşayıb yaradacaqlar”.

A.Kərimov Şuşa azad edildikdən sonra atılan addımların bir məqsədi olduğunu vurğulayıb: “Bu məqsəd Şuşa şəhərini ən qısa müddətdə yaşayış üçün yararlı hala gətirməkdir. Yəni insanların yaşaması, işləməsi üçün şərait yaratmağa çalışılır. Yəni burada iş yerləri, müvafiq sosial infrastruktur olmalıdır. Şuşada məktəb tikilir, xəstəxananın inşası gözlənilir. Bütün proseslər vaxt tələb edir. Amma heç bir gecikməyə yol verilməyəcək və planlaşdırılan istiqamətdə işlər görüləcək”.

Paylaş:
506

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər