Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib – FOTO

S.Xankişiyeva12:54 - 21 / 09 / 2021
Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib – FOTO

Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş igidlərimizin xatirələrinin yad edilməsi məqsədilə “Şəhidlər ölməz - Vətən bölünməz” silsiləsindən növbəti tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən növbəti tədbirdə şəhid Rəşid Pərviz oğlu Həmidovun xatirəsi anılıb. Mərasimdə şəhidin ailə üzvləri, dostları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər şəhidin qısa, amma şərəfli həyat və döyüş yolundan söz açıb, belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.

İgid əsgərimizin anası Tənzilə xanım yüksək diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandanımıza və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirdə Rəşidin ömür və döyüş yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.

Paylaş:
422

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər