Serj Sarkisyana qarşı cinayət işi açıldı | 1news.az | Xəbərlər
Ermənistan

Serj Sarkisyana qarşı cinayət işi açıldı

15:31 - 12 / 10 / 2021
Serj Sarkisyana qarşı cinayət işi açıldı

Ermənistanın Xüsusi İstintaq Xidməti ölkənin üçüncü prezidenti Serj Sarkisyanın Baden-Baden şəhərinə səfərləri ilə bağlı cinayət işi açıb.

1news.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə xidmətin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, 2008-2017-ci illərdə prezident təyyarəsi Baden-Badenə dəfələrlə qeyri-rəsmi səfərlər edib.

Araşdırma zamanı məlum olub ki, Almaniyanın Karlsrue şəhərinə olan bu uçuşlar zamanı reyslər mövcud qaydalara zidd olaraq Prezident Aparatından səfər barədə müvafiq ərizələr yazılmadan aparılıb.

Qeyd edək ki, oktyabrın 8-də Ermənistan Baş Prokurorluğu üçüncü prezident Serj Sarkisyanın Baden-Baden şəhərinə səfəri zamanı baş vermiş cinayət barədə məlumatları Xüsusi İstintaq Xidmətinə göndərib.

Xatırladaq ki, Ermənistan parlamentinin avqustun 25-dəki iclasında “Vətəndaş müqaviləsi” partiyasından deputat Xaçatur Sukiasyan üçüncü prezident Serj Sarkisyanın prezident olan vaxt Baden-Badendəki kazinolarda 100 milyon dollar uduzduğunu deyib.

Bundan sonra S.Sarkisyan deputatla bağlı məhkəməyə müraciət edib.

Ermənistanın üçüncü prezidenti Baden-Badenə səfərini danmasa da, kazinolara baş çəkmədiyini qeyd edib.

S. Sarkisyan 2008-2018-ci illərdə Ermənistanın prezidenti olub.

1news.az

Paylaş:
663

Son xəbərlər

KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53
Bütün xəbərlər