Sahibə Qafarova BMT rəsmisi ilə görüşüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibə Qafarova BMT rəsmisi ilə görüşüb - FOTO

Qafar Ağayev12:55 - 14 / 10 / 2021
Sahibə Qafarova BMT rəsmisi ilə görüşüb - FOTO

Üçüncü Avrasiya Qadınlar Forumunda iştirak etmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova səfər çərçivəsində BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir ilə görüşüb.

Milli Məclisdən 1news.az-a verilən məlumata görə, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirən Milli Məclisin sədri deyib ki, ölkəmiz həmişə BMT-nin çox fəal üzvü olub və təşkilatın müxtəlif fəaliyyət sahələrini əhatə edən qurumları ilə müsbət əməkdaşlıq əlaqələri qurub. O, xatırladıb ki, Azərbaycan 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.

Müasir dövrdə dünyada baş verən dəyişikliklər fonunda qadınların bir çox sahələrdə artan rolu haqqında danışan Sahibə Qafarova deyib ki, bu gün qadınlar qlobal problemlərin qarşısının alınması, o cümlədən COVID-19 pandemiyasının nəticələrinin aradan qaldırılması, dünyada sülh, təhlükəsizlik və davamlı inkişaf uğrunda mübarizədə beynəlxalq səylərə əhəmiyyətli töhfə verirlər.

Görüşdə ölkəmizdə qadınlarla bağlı dövlət siyasətinin tarixi barədə məlumat verən spiker qeyd edib ki, Azərbaycan qadınları həmişə ictimai-siyasi proseslərdə fəal olub. O, xatırladıb ki, 1918-ci ildə Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti qadınlara seçki hüququ verən qanun qəbul edib. Bununla da Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi kimi, universal seçki hərəkatının da öncüsü olmuşdur.

S.Qafarova 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qadınlarla bağlı dövlət siyasətinin həyata keçirilməsində də yeni uğurlar əldə edildiyini qeyd edib. O, bu sahədə atılan addımların qadınların cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsinə, onların ölkəmizin inkişafına töhfələrinin əsaslı şəkildə artmasına imkan verdiyini bildirib. Milli Məclisin sədri Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın müasir dövlətçiliyimizdə böyük xidmətlərini xüsusi vurğulayaraq, onun çoxşaxəli fəaliyyətinin hər bir Azərbaycan qadını üçün örnək təşkil etdiyini söyləyib.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi və torpaqlarını işğaldan azad etməsi barədə məlumat verərək bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun şücaəti sayəsində ərazilərimiz Ermənistanın 30 illik işğalından azad edilib. Bununla Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücü ilə həyata keçirib. Milli Məclisin sədri deyib ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatla münaqişəyə son qoyulub. Hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranıb. Münaqişə keçmişdə qalıb və Azərbaycan işğaldan azad olunmuş ərazilərinin bərpası ilə məşğuldur.

BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir müasir dövrdə gender məsələləri, qadınların cəmiyyətlərdə artan rolu, bir sıra ölkələrdə cinsi ayrı seçkiliklə bağlı problemlər və digər məsələlərə toxunub. O, iki il öncə Azərbaycana səfərini xatırladaraq, ölkəmizdə gender sahəsində vəziyyətlə tanış olduğunu, Azərbaycanda həyata keçirilən dövlət siyasətinin uğurlu olduğunu bildirib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda gender bərabərliyi, qadın hüquqlarının qorunması sahəsində görülən işlər, qadınların cəmiyyətdə rolu barədə fikirlərini bölüşüb.

Paylaş:
490

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər