Beynəlxalq Cüdo Federasiyası Elnur Əşrəfoğlunun vəfatı ilə bağlı başsağlığı verib | 1news.az | Xəbərlər
İdman

Beynəlxalq Cüdo Federasiyası Elnur Əşrəfoğlunun vəfatı ilə bağlı başsağlığı verib

S.Xankişiyeva09:52 - 20 / 10 / 2021
Beynəlxalq Cüdo Federasiyası Elnur Əşrəfoğlunun vəfatı ilə bağlı başsağlığı verib

Beynəlxalq Cüdo Federasiyası (İJF) koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu (Şükürov) haqqında məqalə hazırlayıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, İJF-nin rəsmi saytında dərc olunmuş "Cənab No Problem bizi tərk etdi" başlıqlı yazıda Elnur Şükürovun 47 yaşında koronavirusdan vəfat etdiyini bildirilib.

Əşrəfoğlunun Bakıya səfər zamanı İJF prezidenti Marius Vizerdən müsahibə alan ilk yerli jurnalist olduğu vurğulanıb: "Elnur karyerası ərzində 1996-cı il Atlanta olimpiadasından Tokio-2020 Yay Olimpiya Oyunlarınadək bir çox olimpiadalara qatılıb və 100-dən çox ölkəni ziyarət edib. İngiltərənin "Liverpul" klubunun çılğın azarkeşi idi. Klubun "heç vaxt tək gəzməyəcəksiniz" şüarı onun şüarı oldu. Həmişə gülümsəyərək hər kəsə problemləri həll etməyə kömək edərdi".

Mətndə İJF-nin Media komandasından Pedro Lasuenin də Elnur Əşrəfoğlu ilə bağlı fikirləri yer alıb.

Son olaraq bildirilirb ki, onun üçün həm Azərbaycanda, həm də dünyada cüdo ailəsində çox darıxacaqlar.

İJF mərhumun ailəsinə, yaxınlarına başsağlığı verib: "Hörmətli Elnur, heç vaxt tək gəzməyəcəksiniz".

Paylaş:
461

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər