Dövlət büdcəsinin sosialyönümlü xərcləri artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət büdcəsinin sosialyönümlü xərcləri artıb

S.Xankişiyeva10:40 - 21 / 10 / 2021
Dövlət büdcəsinin sosialyönümlü xərcləri artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü xərcləri (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) ümumi xərclərinin 43,2 %-ni təşkil etməklə 7 655,2 milyon manat məbləğində icra olunub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 483,5 milyon manat və yaxud 6,7% çoxdur.

9 ay ərzində büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanlarının qəbul etdiyi öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Paylaş:
504

Son xəbərlər

Bütün xəbərlər