Türk Şurasının mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" mövzusu müzakirə olunacaq – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Türk Şurasının mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" mövzusu müzakirə olunacaq – FOTO

S.Xankişiyeva11:40 - 23 / 10 / 2021
Türk Şurasının mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" mövzusu müzakirə olunacaq – FOTO

Oktyabrın 22-də İstanbulda işə başlayan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu davam edir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, tədbirin ikinci günündə "Türk dünyasının gələcəyi: Yeni Uluğ bəyləri, Əlişir Nəvailəri, Əhməd Yaseviləri", "Türk dünyası olaraq gələcəyi qurmaq" və "Birlikdən doğan Zəfər: Qarabağ" mövzularında panellər keçiriləcək.

"Birlikdən doğan Zəfər: Qarabağ" panelində Qarabağ Zəfəri ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ilə Türkiyə arasındakı güclü həmrəyliyin bütün türk dünyası məkanında nümayiş olunmasının vacibliyi, bütün sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılacaq birgə addımlar müzakirə mövzusu olacaq.

Xatırladaq ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin ev sahibliyi etdiyi "Köklü keçmiş, güclü gələcək" şüarı ilə keçirilən mediaforumda ölkəmiz Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.

Foruma Türk Şurasına üzv və müşahidəçi ölkələrindən olan dövlət qurumlarının və özəl təşkilatların yüksəkvəzifəli şəxsləri, media nümayəndələri, akademiklər, sosial media təmsilçiləri, universitet tələbələri olmaqla 500-dən çox iştirakçı qatılıb.

Paylaş:
534

Son xəbərlər

“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47
Bütün xəbərlər