Bu məhsullara görə ƏDV geri qaytarılmayacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu məhsullara görə ƏDV geri qaytarılmayacaq

S.Xankişiyeva11:52 - 03 / 11 / 2021
Bu məhsullara görə ƏDV geri qaytarılmayacaq

Avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının alışı zamanı Əlavə Dəyər Vergisi (ƏDV) geri qaytarılmayacaq.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə məsələ Vergilər Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qeyd edək ki, daha əvvəl neft və qaz məhsullarının alışı zamanı ƏDV geri qaytarılmırdı.

Qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.

Paylaş:
452

Son xəbərlər

Bütün xəbərlər