“Gələcək indidir”: Mastercard nağdsız ödənişlərin beynəlxalq və Azərbaycandakı təkamülünü davam etdirir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Gələcək indidir”: Mastercard nağdsız ödənişlərin beynəlxalq və Azərbaycandakı təkamülünü davam etdirir – FOTO

S.Xankişiyeva17:20 - 04 / 11 / 2021
“Gələcək indidir”: Mastercard nağdsız ödənişlərin beynəlxalq və Azərbaycandakı təkamülünü davam etdirir – FOTO

Rəqəmsal transformasiya həyatın bütün aspektləri üçün dünya miqyasında bir hekayəyə çevrilib. Azərbaycan sürətli rəqəmsallaşma prosesində nümunələrdən biri kimi çıxış edir.

Nağdsız Azərbaycan – bir neçə il əvvəl başladılan bu proqram indi daha irimiqyaslı bir hərəkata çevrilib.

Mastercard ölkənin ödəniş sahəsindəki rəqəmsallaşmaya və alış-veriş təcrübəsinin inqilabi dəyişikliyinə rəhbərlik edir.

Bu gün təhlükəsizlik və məxfiliyə əlavə olaraq, rəqəmsal ödənişlər maliyyə proseslərini asanlaşdırır, şəffaflıq yaradır və ölkə iqtisadiyyatını başqa bir səviyyəyə daşıyır.

Təmassız ödənişlər texnologiyaya olan inamın artması fonunda Azərbaycanda getdikcə daha da populyarlaşır.

Erdem Çakar, Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri bildirib ki, təmassız ödənişlərin həcmi artıb. Nağdsız Azərbaycan proqramı başlayandan ödəniş kartlarının sayı iki dəfə çoxalıb. “Azərbaycanı nağdsız gələcəyə aparmaqda qərarlıyıq. Buna görə də bütün layihə və planlarımız Rəqəmsal və Nağsız Gələcək üçün infrastruktur yaratmağa xidmət edir. Pandemiya ərzində ölkədə bir neçə layihə həyata keçirdik, hansı ki, nağdsız ödənişlərin sayında artımla nəticələndi və son istifadəçilər arasında məlumat səviyyəsini və etibarı yüksəltdi. Daxili POS -terminallardan istifadənin beş dəfə atması nəticəsində onların dövriyyəsi 2 milyard manatdan 10 milyard manata çatdı, e-ticarətin payı isə 15%-dən 30%-ə yüksəldi. Bu ikiqat artım 4 il ərzində e-ticarət həcmində 10 qat artım deməkdir. Pandemiyanın gəlişi ilə təmassız ödənişlər dar çevrədə istifadə edilən ödəniş üsulundan əksər istifadəçilərin üstünlük verdiyi ödəniş üsuluna çevrildi”, - Erdem Çakar deyib.

“Son 50 ili müqayisə etsək, növbəti 5 il daha çox dəyişiklik vəd edir. Belə ki, 2025-ci ildə mobil internet istifadəçilərinin sayının 5 milyarda çatacağı gözlənilir, hər bir istifadəçinin payına 4.4 cihaz düşəcək, mobil telefondan istifadə müddəti gündəlik 3.6 saat olacaq, evlərdəki ağıllı cihazların sayı 5.4 milyarda çatacaq və ümumilikdə cihazların sayı 25 milyard civarında olacaq. Rusiya, Gürcüstan və Belarus kimi qonşu ölkələrdə edilən hər iki ödənişdən biri mobil cihazlar vasitəsilə təmassız formada edilir. Daha yüksək təmassız mobil cihaz nüfuzetməsi olan ölkələrdə isə ümumi təmassız ödəniş qəbulu 90 faizə çatıb. Deməliyəm ki, Azərbaycandakı POS cihazların 80%-i təmassız ödənişləri qəbul edir və indi smartfonlar da POS cihazıdır. Şamaxıda başladığımız layihədə olduğu kimi, smartfonlar nəqliyyat kartlarına çevriləcək”, - Mastercard-ın Avropa bazarları regionunda biznesin inkişafı və kiber təhlükəsizlik üzrə vitse-prezidenti Hakan Tatlıcı bildirib.

Mastercard Azərbaycanda “Apple Pay kampaniyalarının” başladıldığını elan edib. Bu həll müştəriləri daha təhlükəsiz, daha etibarlı və xüsusi ödəniş seçimləri ilə təmin edir, yəni onları bank kartlarını başqalarına vermək, düymələrə fiziki toxunuş və ya nağd pul mübadiləsi kimi əməliyyatlardan azad edir. Müştərinin ödəniş etməsi üçün iPhone smartfonunu və ya iWatch ağıllı saatını terminala yaxınlaşdırmaq kifayətdir.

Apple Pay Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Bank Respublika və Unibank-da mövcuddur. Bu banklar Mastercard kart sahiblərinə öz kartlarını Apple Pay-də tanıtmaq və istifadə etmək üçün üstünlüklər təqdim edəcək. Amma hər şeydən öncə biz, Mastercard olaraq müxtəlif kampaniyalarımız çərçivəsində kart istifadçilərimizə bonuslar verəcəyik: müştərilərimiz Mastercard-ı Apple Pay tətbiqinə əlavə edərək market alış-verişlərində 5 AZN, Azpetrol-da edilən 10 AZN-lik yanacaq ödənişində 2 AZN kəşbək qazanacaq, hər bir Apple Pay istifadəçisinə KFC restoranlarında etdiyi ödənişlərdə isə frenç frayz hədiyyə olunacaq. Tezliklə Cinema Plus-dan da faydalı təkliflərimiz gözlənilir.

Mastercard-ı Apple Pay tətbiqinə əlavə edin və kəşbəklər, çoxlu bonuslar və hədiyyələr qazanın.

Mastercard haqqında (NYSE: MA), www.mastercard.com

Masterсard ödəniş sənayesində fəaliyyət göstərən qlobal bir texnologiyaşirkətidir. Bizim missiyamız tranzaksiyaları daha təhlükəsiz, sadə, ağıllı vəəlçatan etməklə hər kəsə hər yerdə faydalı olan əhatəli, rəqəmsal iqtisadiyyatyaratmaq və onu gücləndirməkdir. Təhlükəsiz məlumatlar, şəbəkələr vətərəfdaşlıqlardan istifadə edərək bizim innovasiya və həllərimiz fərdlərə,maliyyə institutlarına, hökümətlərə və şirkətlərə özlərinin ən böyükpotensialını reallaşdırmaqda kömək edir. Bizim nizam-intizam əmsalımız bizimmədəniyyətimizə və şirkət daxilində və xaricində gördüyümüz hər bir işəstimul verir. Biz 210-dan çox ölkə və bölgədəki bağlantılarımızla hər kəs üçünqiymətsiz imkanlar açan dayanıqlı bir dünya qururuq.

Reklam hüququnda

Paylaş:
504

Son xəbərlər

Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31
Bütün xəbərlər