Azərbaycan – Lüksemburq oyununun hakimləri bəlli olub | 1news.az | Xəbərlər
İdman

Azərbaycan – Lüksemburq oyununun hakimləri bəlli olub

18:04 - 09 / 11 / 2021
Azərbaycan – Lüksemburq oyununun hakimləri bəlli olub

Azərbaycan – Lüksemburq oyununun hakimləri açıqlanıb.

1news.az-ın məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsinin noyabrın 11-dəki qarşılaşmasının təyinatlarını UEFA açıqlayıb.

Bakı Olimpiya Stadionundakı görüşü Avstriyadan olan ədalət təmsilçiləri idarə edəcək. Millimizin DÇ-2022-nin seçmə mərhələsindəki son oyununun baş hakimi Manuel Şuttenqruber olacaq.

Ona həmyerliləri Roland Brandnerlə Robert Steynaxer kömək edəcək. Dördüncü hakim funksiyası Yulian Veynbergerə tapşırılıb.

Harald Lexner VAR hakimi funksiyasını yerinə yetirəcək. Ona Sebastyan Gişamer kömək edəcək.

1news.az

Paylaş:
637

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər