Daha iki klub ÇL-də 1/8 finalda | 1news.az | Xəbərlər
Futbol

Daha iki klub ÇL-də 1/8 finalda

09:23 - 24 / 11 / 2021
Daha iki klub ÇL-də 1/8 finalda

Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib.

1news.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma keçirilib.

E qrupunda pley-offa vəsiqəni ötən tur təmin etmiş "Bavariya" Ukraynada "Dinamo"nun qonağı olub və 2:1 hesabı ilə qalib gəlib. "Barselona" isə İspaniyada "Benfika"nı qəbul edib və qolsuz bərabərə qalıb.

F qrupunda "Mançester Yunayted"i İspaniyada "Vilyarreal"la qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. Qrupun digər matçında "Atalanta" İsveçrədə "Yanq Boyz"u sınağa çəkib və heç-heçə edib - 3:3. Bu nəticədən sonra "Mançester Yunayted" növbəti mərhələyə yüksəlib.

G qrupunun lideri "Zalsburq" Fransada "Lill" ə uduzub - 0:1. "Sevilya" isə evdə "Volfsburq" a 2:0 hesabı ilə qalib gəlib.

H qrupunda "Çelsi" "Yuventus"a 4:0 hesabı ilə qalib gələrək pley-offa vəsiqəni təmin edib. . Qrupun digər oyununda Rusiya "Zenit"i İsveçdə "Malmö" ilə qarşılaşıb və heç-heçə edib - 1:1. Bu nəticədən sonra Sankt-Peterburq təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırsa da, 3-cü yerin sahibi kimi Avropa Liqasının pley-offunda oynamaq şansı qazanıb.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, 5-ci tur

23 noyabr

E qrupu

21:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Bavariya" (Almaniya) - 1:2
Qollar:
Denis Qarmaş, 70 - Robert Levandovski, 14. Kinqsli Koman, 42

00:00. "Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya) - 0:0

Xal durumu: "Bavariya" - 15, "Barselona" - 7, "Benfika" - 5, "Dinamo" - 1.

21:45. "Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:2
Qollar:
Kriştiano Ronaldo, 78. Ceydon Sanço, 90

00:00. "Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya) - 3:3
Qollar
: Cordan Sibaço, 39. Vensan Syerro, 80. Silvan Hefti, 84 - Duvan Sapata, 10. Xose Luis Palomino, 51. Luis Muryel, 88

Xal durumu: "Mançester Yunayted" - 10, "Vilyarreal" - 7, "Atalanta" - 6, "Yanq Boyz" - 4.

G qrupu

00:00. "Lill" (Fransa) - "Zalsburq" (Avstriya) - 1:0
Qo
l: Conatan Devid, 31

00:00. "Sevilya" (İspaniya) - "Volfsburq" (Almaniya) - 2:0
Qol:
Xoan Xordan Moreno, 13, Rafael Mir Visente, 90+7

Xal durumu: "Lill" - 8, "Zalsburq" - 7, "Sevilya" - 6. "Volfsburq" - 5.

H qrupu

00:00. "Malmö" (İsveç) - "Zenit" (Rusiya) - 1:1
Qollar
: Sören Riyeks, 28 - Yaroslav Rakitski, 90+2-pen
Qırmızı vərəqə: Dmitri Çistyakov, 86 ("Zenit")

00:00. "Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya) - 4:0
Qollar
: Trevo Çaloba, 25, Ris Ceyms, 56, Kallum Hadson-Odoi, 58, Timo Verner, 90+5

Xal durumu: "Çelsi" - 12, "Yuventus" - 12, "Zenit" - 4, "Malmö" - 1.

1news.az

Paylaş:
457

Son xəbərlər

Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14
Bütün xəbərlər