“Qarabağ”dan xal itkisi, “Bazel”dən qələbə | 1news.az | Xəbərlər
Futbol

“Qarabağ”dan xal itkisi, “Bazel”dən qələbə

09:24 - 26 / 11 / 2021
“Qarabağ”dan xal itkisi, “Bazel”dən qələbə

Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi "Qarabağ" növbəti matçını keçirib.

1news.az apasport.az-a istinadən bildirir ki, Avropanın üçüncü dərəcəli klub turniri olan Konfrans Liqasında mübarizə aparan Qurban Qurbanovun yetirmələri qrup mərhələsində son ev oyununda qüvvəsini sınayıb.

İlk iki yerdən birini təmin edən Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda "Omoniya" ilə görüşüb. Səfərdəki oyunda olduğu kimi yenə hesabı ilk yarıda kiprlilər açıb.

Bütün görüş boyu üstünlüyə malik olan "Qarabağ" fasilədən sonra hesaba tarazlıq gətirib. Künc zərbəsindən sonra kiprlilər avtoqola üzülüblər. Az sonra qırmızı vərəqə alan qonaqlar azlıqda qalıblar. "Qarabağ" bu say üstünlüyündən yararlana bilməyib. Düzdür, Patrik Andradenin qolundan sonra təmsilçimiz hesabda önə keçib. Lakin kiprlilər irəli çıxan Şahrudin Məhəmmədəliyevin bu kobud səhvindən sonra uzaqdan zərbə ilə hesabda tarazlıq yaradıb - 2:2.

Evdə xal itirən komandamız "Bazel"ə çatsa da, əlavə göstəricilərə görə ikinci pillədə qalıb. Pley-offa deyil, birbaşa 1/8 finala vəsiqə qazanmaq üçün ağdamlılar əsas rəqibini səfərdə məğlub etməlidir.

Qeyd edək ki, "Qarabağ" dekabrın 9-da keçiriləcək VI turda İsveçrədə "Bazel"in qonağı olacaq.

Avropa Konfrans Liqası
Qrup mərhələsi, V tur
25 noyabr
21:45. "Qarabağ" (Azərbaycan) - "Omoniya" (Kipr) - 2:2
Qollar:
Paris Psaltis, 49 (öz qapısına), Patrik Andrade, 88 - Mihal Duriş, 43 (p.), Jordi Qomez, 90
Qırmızı vərəqə: Kiko, 66
Baş hakim: Morten Krox (Danimarka)
"Qarabağ": 1. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Mammadov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov

"Omoniya": 23. Fransis Uzoho, 2. Paris Psaltis, 5. Kiko, 11. Erik Bautheac, 18. Mihal Duriş, 20. Panagiotis Zahariou, 22. Adam Lanq (k), 30. Nikolas Panagiotou, 76. Xaralampos Xaralampous, 80. Andonikos Kakoulli, 83. Andreas Asimenos
Ehtiyat oyunçular: 74. Kasper Xorazka, 4. Abdullahi Şehu, 8. İyayi Atiemven, 13. Fotis Papoulis, 15. Tomaş Huboçan, 16. Jordi Qomez, 17. Yan Leçyaks, 21. Marinos Tzionis, 42. Mikkel Diskerud, 44. Marko Şkepoviç, 75. Loizos Loizou, 82. Andreas Evangelou
Baş məşqçi: Henninq Berq
Tofiq Bəhramov adına Respublika stadionu

1

Bazel

5

3

2

0

11-6

11

2

Qarabağ

5

3

2

0

10-5

11

3

Omoniya

5

0

3

2

5-10

3

4

Kayrat

5

0

1

4

6-11

1

1news.az

Paylaş:
521

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər