"Atletiko" 1/8 finalda, "Milan" mübarizəni dayandırdı | 1news.az | Xəbərlər
Futbol

"Atletiko" 1/8 finalda, "Milan" mübarizəni dayandırdı

09:32 - 08 / 12 / 2021
"Atletiko" 1/8 finalda, "Milan" mübarizəni dayandırdı

Çempionlar Liqasının qrup mərhələsində sonuncu - 6-cı tura start verilib.

1news.az-ın qol.az-a istinadən verdiyi xəbərə görə, ilk oyun günündə 8 görüş keçirilib. A qrupunda PSJ "Brügge"yə 4:1 hesabı ilə qalib gəlib. Digər matçda "Mançester Siti" "Leyptsiq"ə 1:2 hesabı ilə uduzub.

B qrupunda 1/8 finala vəsiqəni təmin edən "Liverpul" səfərdə Milan"a 2:1 hesabı ilə qalib gəlib. "Portu" isə evdə "Atletiko"ya uduzub - 1:3. Bu nəticələrdən sonra "Atletiko" 2-ci pilləyə yüksələrək növbəti mərhələyə adını yazdırıb. "Portu" Avropa Liqasının pley-offuna vəsiqə qazanıb. "Milan" isə avrokuboklarla vidalaşıb.

C qrupunda "Beşiktaş" səfərdə Dortmund "Borussiya" 0:5 hesabı ilə uduzub. Digər matçda qrup qalibi olan "Ayaks" "Sportinq"ə 4:2 hesabı ilə qalib gəlib.

D qrupunda "Real" doğma meydanda "İnter"i 2:0 hesabı ilə məğlub edərək 1/8 finala qrup lideri kimi adlayıb. Qrupun digər oyununda Avropa Liqasının pley-offunda iştirakı rəsmiləşən "Şerif" səfərdə Donetsk "Şaxtyor"u ilə heç-heçə edib - 1:1.

A qrupu

21:45. PSJ (Fransa) - "Brügge" (Belçika) - 4:1
Qollar
: Kilian Mbappe, 2, 7, Lionel Messi, 38, 76-pen - Mats Rits, 68

21:45. "Leyptsiq" (Almaniya) - "Mançester Siti" (İngiltərə) - 2:1
Qollar:
Dominik Soboslai, 24, Andre Silva, 71 - Riyad Mahrez, 71
Qırmızı vərəqə: Kayl Uoker, 83 ("Mançester Siti")

Xal durumu: "Mançester Siti" - 12, PSJ - 11, "Leyptsiq" - 7, "Brügge" - 4

B qrupu

00:00. "Milan" (İtaliya) - "Liverpul" (İngiltərə) - 1:2
Qollar:
Fikayo Tomori, 29 - Məhəmməd Salah, 36. Divok Origi, 55

00:00. "Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya) - 1:3
Qollar
: Serjiu Oliveyra, 90+6-pen - Antuan Qrizmann, 56, Anxel Korrea, 90, Rodriqo De Paul, 90+2
Qırmızı vərəqə: Yannik Karrasko, 67 ("Atletiko"), Vendell Borjes, 70. Aqustin Marçesin, 75 (hər ikisi "Portu")

Xal durumu: "Liverpul" - 18, "Atletiko" - 7, "Portu" - 5, "Milan" - 4.

C qrupu

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Beşiktaş" (Türkiyə) - 5:0
Qollar:
Doniyell Malen, 29, Marko Roys, 45+2-pen, 53, Erlinq Haaland, 68, 81
Qırmızı vərəqə: Velinton, 43 ("Beşiktaş")

00:00. "Ayaks" (Niderland) - "Sportinq" (Portuqaliya) - 4:2
Qollar:
Sebastyen Allye, 8-pen, Antoni, 42, David Neres, 58, Stiven Bergeys, 62 - Nunu Santuş, 22. Bruno Tabata, 78

Xal durumu: "Ayaks" - 18, "Sportinq" - 9, "Borussiya" - 9, "Beşiktaş" - 0.

D qrupu

00:00. "Real" (İspaniya) - "İnter" (İtaliya) - 2:0
Qollar
: Toni Kroos, 17. Marko Asensio, 79
Qırmızı vərəqə: Nikola Barella, 64 ("İnter")

00:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Şerif" (Moldova) - 1:1
Qolla
r: Fernando, 42 - Boban Nikolov, 90+3

Xal durumu: "Real Madrid" - 15, "İnter" - 10, "Şerif" - 7, "Şaxtyor" - 2

1news.az

Paylaş:
438

Son xəbərlər

Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46
Bütün xəbərlər