Mahir Emrelinin yeni klubu məlum oldu - VİDEO | 1news.az | Xəbərlər
Futbol

Mahir Emrelinin yeni klubu məlum oldu - VİDEO

09:04 - 03 / 02 / 2022
Mahir Emrelinin yeni klubu məlum oldu - VİDEO

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli karyerasını Xorvatiyada davam etdirəcək.

1news.az xəbər verir ki, 25 yaşlı hücumçu Zaqreb “Dinamo”suna keçib.

Polşa “Legiya”sı ilə müqaviləsini qarşılıqlı razılaşma ilə pozan forvard yeni klubu ilə 4,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2021-ci ilin yayında “Qarabağ”dan Varşavaya keçən forvard 33 matçda 11 qola imza atıb.

1news.az

Paylaş:
721

Son xəbərlər

Bütün xəbərlər