“Marsel”-“Qarabağ” oyununun hakimləri açıqlanıb
Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Marsel”lə keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.
1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, UEFA Fransadakı qarşılaşmaya Monteneqrodan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.
Görüş Nikola Dabanoviçə həvalə olunub. Ona həmyerliləri Milovan Dyukiç və Vladan Todoroviç kömək edəcək. Miloş Boşkoviç dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Referilərin işinə hakim-inspektor Haim Jakov (İsrail) qiymət verəcək. Belçikalı Fernand Meese UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcəksə, Hakimlərlə Əlaqələr üzrə mütəxəssis fransalı Sofien Benşaban olacaq.
Qeyd edək ki, fevralın 17-də “Velodrom”da keçiriləcək “Marsel” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
1news.az