“İnter” evdə “Liverpul”a məğlub oldu, “Bavariya” “Zalsburq”la sülh bağladı | 1news.az | Xəbərlər
Futbol

“İnter” evdə “Liverpul”a məğlub oldu, “Bavariya” “Zalsburq”la sülh bağladı

09:48 - 17 / 02 / 2022
“İnter” evdə “Liverpul”a məğlub oldu, “Bavariya” “Zalsburq”la sülh bağladı

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi davam edir.

1news.az xəbər verir ki, 2-ci oyun günündə daha iki matç keçirilib. Gecənin ən maraqlı görüşü İtaliyada olub. Son ölkə çempionu "İnter" İngiltərə "Liverpul"unu qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:0.

Digər görüşdə Almaniya "Bavariya"sı Avstriyada "Zaltsburq"la qarşılaşıb. Hesabı meydan sahibləri açsa da, Münhen klubu 90-cı dəqiqədə Kinqsli Komanın qolu ilə məğlubiyyətdən xilas olublar.

Cavab görüşləri martın 8-də keçiriləcək.

Qeyd edək ki, səkkizdəbir final mərhələsinin ilk iki oyununda "Paris Sen-Jermen" Fransada İspaniyanın "Real Madrid" klubunu 1:0, İngiltərənin "Mançester Siti" komandası isə Portuqaliyada "Sportinq"i 5:0 hesabı ilə yenib.

Mərhələnin digər oyunları fevralın 22-si və 23-də keçiriləvək.

UEFA Çempionlar Liqası, 1/8 final

İlk oyunlar

16 fevral

00:00. "İnter" (İtaliya) - "Liverpul" (İngiltərə) - 0:2

Qollar: Firmino, 75, Salah, 83

Baş hakim: Şimon Marçinyak (Polşa)

00:00. "Zalsburq" (Avstriya) - "Bavariya" (Almaniya) - 1:1

Qollar: Adamu, 21 (1:0), Koman, 90 (1:1)

Baş hakim: Maykl Oliver (İngiltərə)

1news.az

Paylaş:
621

Son xəbərlər

Bütün xəbərlər