“Qarabağ” – “Marsel” oyununda 4 qol vurulub - VİDEO
Fevralın 17-də UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən "Marsel" - "Qarabağ" oyunu 3:1 hesabı ilə başa çatıb.
1news.az bildirir ki, "Velodrom" stadionunda oynanılan qarşılaşmanın 41-ci dəqiqəsində meydan sahiblərinin hücumçusu Arkadiuş Milik hesabı açıb. Cəmi üç dəqiqə sonra A.Milik yenidən fərqlənərək dubla imza atıb. Lakin Ağdam təmsilçiləri 85-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb. Kadi Borges komandasının ilk qolunu vurub. Cəmi 7 dəqiqə sonra Dimitri Payet oyunda son nöqtəni qoyub - 3:1.
Matçı monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edib.
Avropa Konfrans Liqası
Pley-offun ilk oyunu
17 fevral
Olimpik (Marsel, Fransa) - Qarabağ 3:1
Qol: A.Milik, 41; 44. D.Payet, 90+2 - K.Borges, 85.
Baş hakim: Nikola Dabanoviç (Monteneqro).
Fransa, "Velodrom" stadionu.
Olimpik: 30. Stiv Mandanda, 3. Alvaro Qonsales, 4. Babakar Kamara, 5. Leonardo Balyerdi, 8. Jerson, 9. Arkadiuş Milik, 14. Luan Peres. 17. Cengiz Ünder, 20. Konrad de la Fuente, 22. Pape Qeye, 29. Pol Lirola.
Ehtiyat oyunçular: 1. Simon Nqapanduentpu, 16. Pau Lopes, 2. Vilyam Saliba, 6. Matteo Genduzi, 7. Amin Arit, 10. Dmitri Payet, 12. Bamba Dyenq, 13. Sedrik Bakambu, 15. Due Çaleta-Çar, 23. Sead Kolaşinaç, 31. Yuqo Bertelli, 46. Aylan Benyahya Tani.
Baş məşqçi: Xorxe Sampaoli.
Qarabağ: 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə.
Baş məşqçi: Qurban Qurbanov.
1news.az