Çempionlar Liqası: “Çelsi” qalib gəldi, “Yuventus” qələbəni əldən verdi | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqası: “Çelsi” qalib gəldi, “Yuventus” qələbəni əldən verdi

09:07 - 23 / 02 / 2022
Çempionlar Liqası: “Çelsi” qalib gəldi, “Yuventus” qələbəni əldən verdi

Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir.

1news.az bildirir ki, İngiltərənin "Çelsi" futbol klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda doğma meydanında Fransanın "Lill" komandasını məğlub edib.

Londonda "Stemford Bric" arenasında keçirilən görüş 2:0 hesabı ilə başa çatıb.

Qolları Kay Havertz (8-ci dəqiqə) və Kristian Pulişiç (63) vurublar.

Digər qarşılaşmada "Vilyarreal" və "Yuventus" üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə bitib.

Bu komandalar arasında cavab oyunları martın 16-da keçiriləcək.

UEFA Çempionlar Liqası, 1/8 final

İlk oyunlar

22 fevral

00:00. "Çelsi" (İngiltərə) - "Lill" (Fransa) - 2:0

Qollar: Haverts, 8, Pulişiç, 63

Baş hakim: Xesus Hil Mansano (İspaniya)

00:00. "Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya) - 1:1

Qollar: Vlahoviç,1 (0:1), Parejo, 66 (1:1)

Baş hakim: Daniel Zibert (Almaniya)

1news.az

Paylaş:
701

Son xəbərlər

Bütün xəbərlər