Ukraynanın Xarkov əyalətində 11 nəfər həlak olub | 1news.az | Xəbərlər
Dünya

Ukraynanın Xarkov əyalətində 11 nəfər həlak olub

S.Xankişiyeva09:30 - 26 / 02 / 2022
Ukraynanın Xarkov əyalətində 11 nəfər həlak olub

Rusiya hərbçiləri Kiyevin Xarkov şəhərində Qan Mərkəzini və təhsil müəssisəsini atəşə tutub, dinc əhali arasında itkilər var.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov feysbuk səhifəsində məlumat yayıb.

"Rusiya qoşunları Xarkov vilayətinə həyasız və amansız hücumlarını davam etdirir. Təcavüzkar ölkə rəhbərliyinin bəyanatlarına baxmayaraq, düşmən yaşayış binalarını atəşə tutur. Bir saat əvvəl Xarkov şəhərinin mərkəzində Qan Mərkəzi, təhsil müəssisəsi atəşə tutulub, mülki əhali arasında itkilər var", - o yazıb.

Regional Dövlət Administrasiyasının rəhbərinin sözlərinə görə, Rusiyanın Xarkov vilayətinə hücumu başlayandan indiyədək 82 nəfər yaralanıb: onlardan 59-u mülki şəxs, 23-ü hərbçidir. Hərbi əməliyyatlar zamanı 11 nəfər həlak olub: onlardan 4-ü hərbçi və 7-si mülki şəxsdir.

Bu arada UNİAN qeyd edib ki, fevralın 26-da səhər saat 05:35 (Bakı vaxtı ilə saat 07:35) radələrində Vinnitsada hava həyəcanı elan edilib. Hələlik şəhərdə baş verənlərlə bağlı təfərrüatlar yoxdur.

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada müharibəyə başlayıb. Həmin gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət tətbiq edib.

Mövzu ilə əlaqədar oxuyun:

Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır

Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Ali Rada Ukraynada hərbi vəziyyətin tətbiqini dəstəkləyib

Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilib

Zelenski xalqa səsləndi: “Biz hamıya qalib gələcəyik, çünki biz Ukraynayıq”

Buta Airways Bakı-Kiyev-Bakı marşrutu üzrə reysini ləğv edib

Paylaş:
867

Son xəbərlər

Bütün xəbərlər