200 nəfərdən artıq Azərbaycan vətəndaşı Ukraynadan təxliyə olunmaq üçün müraciət edib - Komitə
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar diaspor təşkilatları və diaspor fəalları ilə sıx əlaqədədir.
1news.az-a Komitədən verilən məlumata görə, Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargaha 200 nəfərdən artıq Azərbaycan vətəndaşı təxliyə olunmaq üçün müraciət edib. Onların arasında Ukraynada təhsil alan azərbaycanlı tələbələr də var.
Müraciət edənlərin Ukrayna ilə həmsərhəd ölkələr vasitəsilə Azərbaycana gətirilməsi planlaşdırılır. Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımızın Ukraynadan təxliyə edilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.
Ukraynada, xüsusilə gərginliyin hökm sürdüyü bölgələrdə yaşayan soydaşlarımız hər hansı problem yaranacağı təqdirdə, Ukrayna Azərbaycanlıları Radasında yaradılan operativ qərargahla +380 97 070 0085 telefon nömrəsi və [email protected] email ünvanı ilə əlaqə saxlaya bilərlər.
Soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin etmək məqsədilə operativ qərargah 24 saat fəaliyyət göstərir.
Mövzu ilə əlaqədar oxuyun:
Zelenski: Ordu ilə birlikdə Ukraynanı müdafiə edəcəyik - VİDEO
Zelenski Kiyevdə olduğunu sübut etmək üçün video paylaşdı: “Biz hamımız buradayıq” - VİDEO
Ermənilər Ukraynaya qarşı döyüşlərdə iştirak edir - Hayrapetyan
Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır
Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib
Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb
Ali Rada Ukraynada hərbi vəziyyətin tətbiqini dəstəkləyib
Ukraynada fövqəladə vəziyyət rejimi tətbiq edilib
Zelenski xalqa səsləndi: “Biz hamıya qalib gələcəyik, çünki biz Ukraynayıq”