Belarus qoşunları Çerniqova daxil olub - Ali Rada | 1news.az | Xəbərlər
Dünya

Belarus qoşunları Çerniqova daxil olub - Ali Rada

S.Xankişiyeva14:39 - 01 / 03 / 2022
Belarus qoşunları Çerniqova daxil olub - Ali Rada

Belarus qoşunları Çerniqov vilayətinə daxil olub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Ali Radasının Twitter hesabında bildirilib.

Həmçinin Unian.net saytının xəbərinə görə, Ukraynanın Xüsusi Kommunikasiya və İnformasiya Mühafizəsi Dövlət Xidməti bu barədə məlumatın Ukrayna müdafiə qüvvələrinin regional departamentinin nümayəndəsi Vitali Kirillov tərəfindən təsdiqləndiyini bildirib.

“Belarus müharibəyə qoşulub. Belarus qoşunları Çerniqov rayonuna daxil olub”, - məlumatda qeyd olunub.

Slabin, Pakul kəndlərinin və Mixaylo-Kotsyubinski qəsəbəsinin sakinləri üzərində ağ dairə çəkilmiş hərbi texnikanın hərəkət etməsi barəsində məlumat veriblər.

Hərbi texnikaların hərəkəti zamanı ərazidə mobil rabitə əlaqəsi pozulub. Mixaylo-Kotsyubinski qəsəbəsinin sakinlərinin məlumatına görə, Slabin və Pakul istiqamətində hərəkət edən 11-i “Qrad” sistemi olmaqla 33 hərbi texnikadan ibarət Belarus hərbi kolonu yerli vaxtla 11:30-da ərazidən keçib.

Mövzu ilə əlaqədar oxuyun:

XİN Ukraynanı tərk edən azərbaycanlıların sayını açıqlayıb – STATİSTİKA

Ukraynadan təxliyə edilən 176 Azərbaycan vətəndaşı Bakıya gətirilib

Zelenski: Ordu ilə birlikdə Ukraynanı müdafiə edəcəyik - VİDEO

Zelenski Kiyevdə olduğunu sübut etmək üçün video paylaşdı: “Biz hamımız buradayıq” - VİDEO

Ermənilər Ukraynaya qarşı döyüşlərdə iştirak edir - Hayrapetyan

Xarkovdakı konsulluq Ukraynadan Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır

Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

Ukraynada yaşayan azərbaycanlılar üçün qaynar xətt yaradılıb

Paylaş:
1536

Son xəbərlər

Əməkdar artist vəfat edib

06 / 06 / 2025, 13:25

Sabahın hava proqnozu

06 / 06 / 2025, 12:05

Çaylarda sululuq artıb

06 / 06 / 2025, 10:14
Bütün xəbərlər