Pekin-2022: Rusiya və Belarus neytral statusda iştirak edəcək | 1news.az | Xəbərlər
İdman

Pekin-2022: Rusiya və Belarus neytral statusda iştirak edəcək

17:45 - 02 / 03 / 2022
Pekin-2022: Rusiya və Belarus neytral statusda iştirak edəcək

Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarus təmsilçiləri ilə bağlı qərarını verib.

1news.az-ın məlumatına görə, hər iki ölkənin milli komandası Pekin Qış Paralimpiya Oyunlarında iştirak edəcək.

Rusiya və Belarus təmsilçilərinin yarışa buraxılmasına icazə verilib. Bu yığmalar Qış Paralimpiya Oyunlarında neytral statusda, bayraqsız və himnsiz iştirak edə biləcək. Onların nəticələri qeyri-rəsmi komanda hesabında da nəzərə alınmayacaq.

Qeyd edək ki, Pekin-2022 Qış Paralimpiya Oyunları martın 4-13-də keçiriləcək.

1news.az

Paylaş:
1337

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər