Bəşər Əsədin muzdluları Ermənistandan keçərək Ukraynaya Rusiya tərəfində döyüşməyə gedir | 1news.az | Xəbərlər
Dünya

Bəşər Əsədin muzdluları Ermənistandan keçərək Ukraynaya Rusiya tərəfində döyüşməyə gedir

S.Xankişiyeva16:31 - 04 / 03 / 2022
Bəşər Əsədin muzdluları Ermənistandan keçərək Ukraynaya Rusiya tərəfində döyüşməyə gedir

Suriya prezidenti Bəşər Əsədin muzdluları Rusiya tərəfində döyüşmək üçün Ukraynaya göndərilib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə HaberGlobal məlumat yayıb. Məlumata əsasən, mənbə Bəşər Əsədin Rusiyaya göndərdiyi muzdluların Ukraynaya marşrutunu da açıqlayıb.

Bildirilir ki, Suriyanı tərk edən muzdlular Ermənistana aparılır, Erebuni aviabazasında toplanılır. Ardınca onlar Şimali Osetiyanın Mozdok şəhərinə, oradan da Rusiya heyəti ilə birlikdə Ukraynaya göndərilir.

Vurğulanır ki, Rusiya bu muzdlularla Suriyada olduğu kimi Ukraynada da qeyri-sabitlik yaratmağı hədəfləyir.

Mövzu ilə əlaqədar oxuyun:

Zelenski Ukraynaya gələn 16 min könüllünü qarşılayıb – VİDEO

Rusiya və Ukrayna arasında müvəqqəti atəşkəs elan olundu

Rasim Musabəyov: Ukraynanı dərhal Avropa İttifaqına qəbul edin! - VİDEO

Əliyevin köməyi və Zelenskinin minnətdarlığı. “Bakıya qarşı sanksiyalar” tələb edən britaniyalı deputat üçün maarifləndirici TƏHLİL

Zelenski: Bir həftədə Rusiya ordusunun 9 min hərbçisi öldürülüb

Zelenski: Ordu ilə birlikdə Ukraynanı müdafiə edəcəyik - VİDEO

Paylaş:
1076

Son xəbərlər

Bütün xəbərlər