Çempionlar Liqasının püşkü atıldı - NƏTİCƏLƏR | 1news.az | Xəbərlər
Futbol

Çempionlar Liqasının püşkü atıldı - NƏTİCƏLƏR

15:23 - 18 / 03 / 2022
Çempionlar Liqasının püşkü atıldı - NƏTİCƏLƏR

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasında mövsümün son püşkü atıldı.

1news.az bildirir ki, mərasimdə 1/4, 1/2 və final mərhələlərinin püşkatması keçirildi. Mübarizəni davam etdirən 8 komanda öncə 4 cütlük təşkil edəcək. Bu cütlər yarımfinaldakı mümkün rəqiblərini də tanıdı. Fransanın paytaxtı Parisdəki finalın nominal meydan sahibi də bəlli oldu. Kor püşk zamanı eyni ölkə təmsilçiləri bir-biri ilə qarşılaşa bilərdilər.

1/4 final mərhələsinin ilk matçları aprelin 5-6-da, cavab görüşləri 12-13-də keçiriləcək.

Püşkatmada yarımfinalda qarşılaşacaq cütlər, həmçinin finalın nominal meydan sahibi də bəlli olub. Yarımfinal aprelin 26-27-də və mayın 3-4-də, final mayın 28-də Fransanın paytaxtı Parisdə keçiriləcək.

Çempionlar Liqası
1/4 final

1. “Çelsi” (İngiltərə) - “Real” (İspaniya)
2. “Mançester Siti” (İngiltərə) - “Atletiko” (İspaniya)
3. “Vilyarreal” (İspaniya) - “Bavariya” (Almaniya)
4. “Benfika” (Portuqaliya) - “Liverpul” (İngiltərə)

1/2 final
5. 2-ci cütün qalibi - 1-ci cütün qalibi
6. 4-cü cütün qalibi - 3-cü cütün qalibi

Final
7. 6-cı cütün qalibi - 5-ci cütün qalibi

1news.az

Paylaş:
529

Son xəbərlər

Bütün xəbərlər