Keçmiş SSRİ ölkələrinin ən bahalı klubları açıqlanıb | 1news.az | Xəbərlər
Futbol

Keçmiş SSRİ ölkələrinin ən bahalı klubları açıqlanıb

17:55 - 01 / 04 / 2022
Keçmiş SSRİ ölkələrinin ən bahalı klubları açıqlanıb

Keçmiş SSRİ ölkələrinin ən dəyərli futbol klublarının adları açıqlanıb.

1news.az Apasport.az-a istinadən xəbər verir ki, siyahıda hər ölkənin ən bahalı komandası yer alıb.

Futbolçularının transfer qiymətinə görə, Azərbaycanın ən dəyərli klubu olan “Qarabağ” postsovet məkanında 6-cıdır. Ağdam təmsilçisinin oyunçularının ümumi qiyməti 14 milyon 430 min avroya bərabərdir. Azərbaycan klubunu müvafiq olaraq Ukrayna, Rusiya, Gürcüstan, Moldova və Qazaxıstan komandaları qabaqlayır.

Siyahıya Donetsk “Şaxtyor”u başçılıq edir. Ukrayna klubunun ümumi dəyəri 194 milyon avrodan çoxdur. Rusiya təmsilçisi “Zenit” 165 milyona yaxın qiymətlə ikinci yerdədir. Xviça Kvaratsxeliyanı heyətinə qatması Batumi “Dinamo”sunu bu cədvəldə üçüncü pilləyə yüksəldib. “Qarabağ”ın geri qaldığı digər klublar isə “Şerif” və “Astana”dır.

1. “Şaxtyor” (Donetsk, Ukrayna) - 194,10 milyon avro
2. “Zenit” (Rusiya) - 164,55 milyon
3. “Dinamo” (Batumi, Gürcüstan) - 24,23 milyon
4. “Şerif” (Moldova) - 19,08 milyon
5. “Astana” (Qazaxıstan) - 15,05 milyon
6. “Qarabağ” (Azərbaycan) - 14,43 milyon
7. “Şaxtyor” (Soliqorsk, Belarus) - 13,78 milyon
8. “Riqa” (Latviya) - 9,50 milyon
9. “Paxtakor” (Özbəkistan) - 9,83 milyon
10. “Jalgiris” (Litva) - 6,93 milyon
11. “Pünik” (Ermənistan) - 6,16 milyon
12. “Levadiya” (Estoniya) - 5,26 milyon
13. “Neftçi” (Qırğızıstan) - 2,54 milyon
14. “Axal” (Türkmənistan) - 1,35 milyon

1news.az

Paylaş:
467

Son xəbərlər

Bütün xəbərlər