Məşhur “Autosport.com” saytında Formula 1 Azərbaycan Qran-Prisi yarışları haqqında maraqlı faktlar və rəqəmlər dərc edilib | 1news.az | Xəbərlər
İdman

Məşhur “Autosport.com” saytında Formula 1 Azərbaycan Qran-Prisi yarışları haqqında maraqlı faktlar və rəqəmlər dərc edilib

17:08 - 08 / 06 / 2022
Məşhur “Autosport.com” saytında Formula 1 Azərbaycan Qran-Prisi yarışları haqqında maraqlı faktlar və rəqəmlər dərc edilib

Məşhur “Autosport.com” saytında Formula 1 Azərbaycan Qran-Prisi yarışları haqqında maraqlı faktlar və rəqəmlər dərc edilib.

AZƏRTAC-a istinadən həmin faktları təqdim edirik:

• Bakıda beş Formula 1 yarışlarının hər birində beş müxtəlif pilot qalib gəlib.

• Yalnız iki yürüşçü – 2016-cı ildə Niko Rosberq və 2019-cu ildə Valtteri Bottas poul-mövqeyini Bakı küçələrində qələbəyə çevirməyə nail olub.

• Serxio Peres və Sebastian Fettel Bakı mərhələsində podiumların sayına görə rekordçulardır. Meksikalı və alman pilotların hərəsi üç dəfə finiş xəttinə ən tez çatan üçlüyə daxil olub.

• Bakı Şəhər Halqasında yalnız 2016-cı ildə debüt yürüşü təhlükəsizlik maşınının trasa çıxmasına ehtiyac olmayıb. Növbəti dörd yürüşdə təhlükəsizlik maşını Azərbaycan Qran-Prisi distansiyasının üçdə iki hissəsini trasda keçirib, bu müddətdə 36 dövrə vurub.

• 2016-cı ildə sərbəst yürüşlərdə Valtteri Bottas Formula 1 traslarında əsas yolda sürəti saatda 378 kilometrə çatdıraraq maksimal sürət rekordu müəyyən edib.

• Bakıdakı beş yürüşün üçündə ən çox sayda dövrədə liderlik edən pilot qalib gəlməyib. Qaliblər isə distansiyanın ən çoxu üçdəbir hissəsini yürüşün önündə getməli olub: 2017-ci ildə Daniel Rikkardo qələbəyə gedən yolda 17 dövrədə, 2018-ci ildə Lyuis Hemilton 3 dövrədə, 2021-ci ildə Serxio Peres 8 dövrədə liderlik edib.

• Şarl Lekler Bakıda iki dövrə rekordunun sahibidir. 2017-ci ildə Formula 2-də bu monakolu rekord vaxt göstəricisi müəyyən edib: 1.53,635. Dörd il ərzində gənclər seriyasındakı pilotların heç biri bu rekordu qıra bilməyib. 2021-ci ildə isə Lekler Formula 1-də 1.41,218 rekord nəticə ilə poul-mövqeyin qalibi olub.

• Formula 1 yarışlarında hazırkı dünya çempionu Maks Ferstappen Bakıda heç vaxt finiş xəttinə dördüncü yerdən tez çatmayıb. Ferstappen beş yürüşdə cəmi 16 xal toplayıb.

Bununla bərabər, məhz niderlandlı yürüşçü Azərbaycan paytaxtında qarşıdakı yarışların favoriti hesab ediləcək. Dünyanın aparıcı bettinq şirkətləri tərəfindən, o cümlədən “Zenit” şirkəti tərəfindən təqdim edilmiş kotirovkalar buna dəlalət edir. Formula 1 mərhələləri üçün mərc obyektlərinin həmişə geniş təqdim edildiyi “Zenit” bettinq şirkətinin promokodundan ən yaxın Azərbaycan Qran-Prisində istifadə etməyi planlaşdıran “Kral yürüşləri” həvəskarları bilməlidirlər ki, ekspertlər Ferstappenin qalib gəlmək şansını 40 faiz qiymətləndirirlər, Bakıda onun əsas rəqibi olan Şarl Lekler isə bukmekerlərdən yalnız 33 faiz uğur şansı qazanıb.

Maraqlıdır ki, keçənilki qalib Serxio Peresin zəfər qazanmaq ehtimalı 14 faiz qiymətləndirilib. Bu, qələbəyə iddiaçılar arasında üçüncü göstəricidir.

Gəlin, Azərbaycan Qran-Prisi tarixindən maraqlı rəqəmlərə və faktlara qayıdaq.

• 2016-cı ildə Bakıda keçirilən birinci yürüş o qədər sakit, sonrakı dörd yürüş isə əksinə, o qədər xaotik olub ki, Bakı mərhələsinin ilk qalibi Niko Rosberq pelotonun başlanğıcında dövrələrin sayına görə hələ də birinci yerdədir. Azərbaycan paytaxtında cəmi bir dəfə çıxış etmiş bu alman pilot 51 dövrədə lider kimi siyahıda birincidir. Bu göstərici üzrə ikinci yeri Valtteri Bottas (49 dövrə), üçüncü yeri Lyuis Hemilton (43 dövrə) tutur.

• Qarşıdakı mərhələdə “Red Bull Racing” 2013-cü ildən bəri ilk dəfə olaraq, dalbadal beşinci yürüşün qalibi ola bilər.

• Bakıda Fernando Alonso Formula 1 yarışlarında iştirak etmə müddətinə görə Mixael Şumaxerin müəyyən etdiyi rekordu qıracaq: 21 il 3 ay və 8 gün.

1news.az

Paylaş:
430

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər